2024-cü ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 314,2 min ton yük daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin eyni dövrü ilə ilə müqayisədə 56 min ton və ya 21,7% artıb.
2023-cü ilin eyni dövründə isə hava nəqliyyatı ilə 258,2 min ton yük daşınmışdı.
Cari dövrdə daşınmış yüklərin həcmi 309,9 min tonu beynəlxalq, 4,3 min tonu isə daxili istiqamətlər daşınıb.
Beynəlxalq istiqamətdə daşınmış yüklər illik 55,8 min ton və ya 22%, daxili istiqamətdə 0,2 min ton (5%) artıb.
Hesabat dövründə yük dövriyyəsi də il ərzində 420 milyon ton-km (19,3%) artaraq 2 594 milyon ton-km təşkil edib.
Daxili istiqamətlər üzrə 0,1 milyon ton-km(4%) artaraq 2,8 milyon ton-km-ə, beynəlxalq istiqamətlər üzrə isə 418,5 milyon ton-km (19,3%) artaraq 2 589 milyon km-ton-a yüskəlib.