2023-cü ildə ilk məlumatlara əsasən dəmir yolu sektorunda 4 min 54nəfər çalışıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2022-ci ilə nisbətən 500 nəfər və ya 14,7% azdır.
2022-ci ildə isə bu sektorda 4 min 754 nəfər çalışırdı.
Bunun əksinə metro işçilərinin sayında artım baş evrib. Belə ki, bu sahədə işləyənlərin sayı son bir il ərzində 144 nəfər, başqa sözlə 3,3% artaraq 4 min 327 nəfərdən 4 min 471 nəfərə yüksəlib.