2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 276 ədəd minik avtomobili istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 112 ədəd və ya 68,3% artıb.
2023-cü ilin yanvar-iyun aylarında bu göstərici 164 ədəd təşkil edib.
2024-cü ilin 1 iyul tarixinə anbarlarda 65 ədəd yük avtomobili qalıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqyaisədə 56 ədəd yaxud 7,2 dəfə artıb.
2023-cü ilin 1 iyul tarixində anbarlarda cəmi 9 ədəd yük avtomobili vardı.