2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 2 032 ədəd minik avtomobili istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 288 ədəd və ya 16,5% artıb.
2023-cü ilin yanvar-iyun aylarında bu göstərici 1 744 ədəd təşkil edib.
2024-cü ilin 1 iyul tarixinə hazır məhsul ehtiyatı 516 ədəd təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 154 ədəd yaxud 23% azalıb.
2023-cü ilin 1 iyul tarixinə hazır məhsul ehtiyatı 670 ədəd olub.