Çindən Aralıq dənizinə konteyner göndərilməsinin dəyəri 44 faiz artıb. Bu artım isə Şərq ölkələrindən Avropaya gələn məhsulların bahalaşmasında özünü göstərir.
“S&P”: “Asiya-Avropa marşrutu üzrə konteyner daşımaları daha iki dəfə bahalaşa bilər”
FED.az xəbər verir ki, Azərbaycan da eyni zamanda Çin və digər şərq ölkələrindən məhsullar idxal edir. Təkcə Çinin Azərbaycanla ticarət dövriyyəsi 1 milyard dollardan çoxdur. Xüsusilə bu ölkədən avtomobil, mebel, toxuculuq və plastik mallar daha çox idxal edilir. Nəqliyyat xərclərinin artması Avropada olduğu kimi Azərbaycan bazarına da təsir edə bilərmi?
İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, tranzit marşrutları artıq dəyişib. Azərbaycan burada əsas marşrutların üzərində yerləşir. Bu isə Azərbaycanın tranzit ölkə olaraq iqtisadi baxımdan strateji əhəmiyyətini birmənalı olaraq artıracaq.
Qeyd edək ki, yeni Şimal - cənub dəhlizi Azərbaycandan keçməklə yüklərin çatdırılma müddətini 1 ay azaldır. (Xezerxeber.az)