2018-ci ildən 2025-ci ilin I yarısı da daxil olmaqla İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 518 milyon manatlıq avtomobil istehsalı həyata keçirilib.
FED.az İZİA-ya istinadən xəbər verir ki, təkcə cari ilin 6 ayı ərzində Hacıqabul Sənaye Parkında 59 milyon manatlıq -1928 ədəd avtomobil,Neftçala Sənaye Məhəlləsində isə 16,6 milyon manatlıq 1165 ədəd avtomobil istehsal edilib. Avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 80% artıb.
Sənaye zonalarında sözügedən dövrdə “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar”, “JAC”, “Bestune” və s. markalı avtomobillər istehsal edilib.