ABŞ-ın “Trammo” korporasiyası Gürcüstanın Batumi limanında yeni terminalın tikintisinə 20 mln. dollar ayıracaq.
Eləcə də bax: “Qırmızı körpü”dən Batumiyə - 4 SAATA GEDƏCƏYİK - YENİ LAYİHƏ
FED.az xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Edvard Veyner Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə Nyu-Yorkda baş tutan görüşdə bildirib.
Onun sözlərinə görə, yeni terminal Asiya və Avropa bazarlarının əlaqələndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, “Forbes”in reytinq cədvəlinə görə “Trammo” ABŞ-ın 58-ci ən böyük korporasiyasıdır.
Apa