“Soliton LTD” MMC-yə ticarət qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinə görə qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxslər 350-500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500-2 000 manatadək məbləğdə, hüquqi şəxslər 4-6 min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nəsimi Rayon məhkəməsində hakim Elməddin Hüseynovun icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 30 yanvar 2025-ci il, saat 15:30-a təyin edilib.