“Azza” QSC- yə idarəçilik qaydaları əleyhinə olan (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində Anar Rzayev hakim təyin edilib.
Qeyd edək ki, şirkətə daha öncə İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə (Gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma) protokol tərtib olunub.