“SAF Ekspress Agro” MMC-yə gömrük qaydaları əleyhinə olan (gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) inzibati xəta protokolu tərtib olunub
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə görə barəsində gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan və nəqliyyat vasitələrindən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan həmin güzəştlərin verilməsi üçün nəzərdə tutulmayan digər məqsədlərlə istifadə edilməsinə və ya onların üzərində sərəncam verilməsinə görə gömrük güzəştlərinin verilməsi ilə əlaqədar ödənilməmiş gömrük ödənişlərinin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir.
İşə Abşeron Rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılacaq.