"Societe Generale de Surveillance Azeri LTD" MMC barəsində gömrük qaydaları əleyhinə olan (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə iddası ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddasinə görə, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir;
İş Bakı Şəhər Xəzər Rayon Məhkəməsində İlham Cəfərzadənin icraaındadır.