“SG Logistics” MMC barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib.
FED.az istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə-
300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı şəhər Yasamal Rayon Məhkəməsində baxılır. İddia Mustafa Məmmədovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, "SG Logistics" MMC 03.12.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Sıxsəid Qurbanov Qurban oğludur. Hüquqi ünvanı Az1073, Bakı Şəhəri Yasamal Rayonu, İsmayılbəy Qutqaşınlı, ev 53-də yerləşir