“Metalsan Group” MMC-yə iki maddə üzrə inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, protokollardan biri gömrük qaydaları əleyhinə olan (Malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) inzibati xətalardır.
Bu protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə görə malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər 50-100 manat məbləğdə, vəzifəli şəxslər 150-250 manat məbləğdə, hüquqi şəxslər 300-500 manat məbləğdə cərimə edilir.
İkinci protokol isə 529.3 ( İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi) maddəyə əsasən tərtib edilib.
Həmin maddəyə görə Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
İşlər Bakı Şəhəri Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın və Nigar Qədirlinin icraatındadır.
Qeyd edək ki, şirkətə daha öncə İnzibati Xətalar Məcəlləsinin 347-ci və 430.4-cü maddələri üzrə də protokollar tərtib edilib.