“Met-Ak” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 19.02.2024, saat 09:30-a təyin edilib.
Qeyd edək ki, şirkət fəaliyyətə 1997-ci ildə başlayıb və ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğuldur.