"FF Construction" MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
FED.az istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
İcraatda işə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində baxılır. İddia hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmə ilə bağlı baxış iclası 01.02.2023, saat 15:20 təyin edilib.
Onu da qeyd edək ki, "FF Construction” MMC 2018-ci ilin iyun ayına kimi "Fərqli Fikir” MMC adı ilə fəaliyyət göstərib.
Şirkətin qanuni təmsilçisi Soltanov Ayaz Üzeyr oğlu daha əvvəl Baba Rzayevin ailə mülkiyyətində olduğu bildirilən “Zirə Aqrorark” MMC-nin də direktoru olub.