“Aqua Project” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
FED.az istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İşə Bakı şəhər Nərimanov Rayon Məhkəməsində baxılır. İddia Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmə ilə bağlı baxış iclası 26.01.2023-cü il 09:10-a təyin edilib.
Qeyd edək ki, "Aqua Project" şirkəti 2007-ci ildə yaradılıb