“ADY Ekspress” MMC (VÖEN: 2003367121) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
"HZR Group" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi (Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi) əsasında tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda – inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir.
İşə Astara Rayon Məhkəməsində, hakim İlqar Məmmədov təyin edilib.
Qeyd edək ki, "ADY Ekspress" MMC 01.05.2015-ci ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 1 911 634 manatdır. Qanuni təmsilçisi Vüqar Mirqasımov Kamil oğludur.
Hüquqi ünvanı Az1142, Bakı şəhəri, Xətai rayonu, Seyid Əzim Şirvani, ev 1, m. 115-də yerləşir.