“İnteqral” QSC “Marsham Group” MMC-ni məhkəməyə verib .
FED.az xəbər verir ki, iddia müqavilələrdən əmələ gələn öhdəliklər üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, "İnteqral" QSC 29.06.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 000 manatdır. Qanuni təmsilçisi Əliağa Babayev Zakir oğludur. Hüquqi ünvanı Az1075, Bakı Şəhəri Nərimanov Rayonu, Əhməd Rəcəbli 2, Ev 8, M. 9-da yerləşir