“Cahan Motors" MMC (Avtomobillərin Təmiri və Satışı) “Azərsığorta Dövlət Şirkəti"ni (Ləğv prosesindədir) məhkəməyə verib .
FED.az xəbər verir ki, iddianın qaldırılma səbəbi sığorta müqaviləsi üzrə mübahisələrdir.
İş Bakı Kommersiya Məhkəməsində hakim Günay Həşimovanın icraatındadır.
Məhkəmə baxışı 20 fevral 2025-ci il, saat 10:00-a təyin edilib.