"Vita Aptekləri" MMC ticarət qaydaları əleyhinə olan (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması) inzibati xəta üzrə cərimə oluna bilər.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə irəli sürülüb.
Həmin məcəllənin 452.3-cü maddəsinə görə aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500-700 manatadək məbləğdə, hüquqi şəxslər 1000-2000 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Xəzər Rayon Məhkəməsində hakim lhlam Cəfərzadənin icraatındadır.