Azərbaycanın rayonlarında iyunun 30-u gündüzdən iyulun 1-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
FED.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.














