“Azəralümünium” MMC-yə gömrük qaydaları əleyhinə olan ( Gömrük təminatının pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinə görə gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər 400 manat məbləğində, vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.
İş Gəncə Şəhər Məhkəməsində hakim Liza Məmmədovanın icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 4 mart 2023-cü il, saat 15:20-yə təyin edilib.