İqlim Elmi İstehsalat Müəssisəsi MMC
Biznes Proseslərin İdarəedilməsi və Optimallaşdırılması şöbəsinin müdiri
Son tarix 13 noy 2026 - [email protected]
Müəssisə - İqlim “Elmi İstehsalat Müəssisəsi” MMC
Struktur – Biznes Proseslərin İdarəedilməsi və Optimallaşdırılması şöbəsi
Vəzifə öhdəlikləri
- Şöbənin illik və rüblük iş planını hazırlamaq, departament direktoru ilə razılaşdırmaq və icrasına nəzarət etmək.
- Şirkətin proses arxitekturasını (proseslər xəritəsi, səviyyələr, proses sahibləri) formalaşdırmaq və aktual saxlamaq.
- Proses modelləşdirməsi, sənədləşmə və optimallaşdırma üzrə vahid metodologiya və standartları (BPMN 2.0, Lean, Six Sigma, Kaizen) təsdiqə təqdim etmək.
- Optimallaşdırma layihələrinin portfelini idarə etmək: təşəbbüsləri səmərə və resurs baxımından qiymətləndirmək, prioritetləşdirmək.
- İstehsalat, satınalma, anbar, logistika, maliyyə və digər struktur bölmələrin rəhbərləri ilə proses dəyişikliklərini razılaşdırmaq.
- Proses göstəriciləri (KPI) sistemini qurmaq, monitorinq hesabatlarını rəhbərliyə təqdim etmək.
- Avtomatlaşdırma və rəqəmsallaşdırma (ERP, MES, RPA, BPM sistemləri) üzrə təşəbbüslərin icrasında iştirak.
- Şöbə əməkdaşları arasında vəzifələri bölüşdürmək, iş fəaliyyətini qiymətləndirmək, inkişaf planlarını hazırlamaq.
- Şirkətdə proses yönümlü idarəetmə mədəniyyətini təşviq etmək, təlimlər təşkil etmək.
- Dəyişikliklərin idarə olunması (change management) prosesinə rəhbərlik etmək.
Tələblər
- Təhsil: ali (menecment, iqtisadiyyat, mühəndislik, sənaye idarəetməsi və ya İT); MBA üstünlükdür.
- Təcrübə: biznes proseslərin idarə olunması sahəsində ən 7 il; rəhbər vəzifədə azı 2 il təcrübə. İstehsalat sahəsində təcrübə üstünlükdür.
- Biliklər: BPMN 2.0, Lean Manufacturing, Six Sigma, ISO 9001, layihə idarəetməsi (PMP, Agile), ERP sistemləri .
- Bacarıqlar: strateji düşüncə, liderlik, danışıqlar, təqdimat, maliyyə səmərəsinin hesablanması.
- Dillər: Azərbaycan dili mükəmməl; ingilis və rus dili yaxşı səviyyədə.
İş şəraiti
- İş saatları 09:00 – 18:00
- İş Yeri – Buzovna qəsəbəsi (20 yanvar və Koroğlu metrostansiyalarından xidməti avtobus fəaliyyət göstərir)
- Gəliş-gedişlə ilə əlaqədar şəxsi avtomobildən istifadə edənlər üçün yanacaq limiti nəzərdə tutulub.
Maraqlananlar cv-lərini Biznes Proseslərin İdarəedilməsi və Optimallaşdırılması şöbəsinin müdiri başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














