“Azer-GAK” QSC-yə idarəçilik qaydaları əleyhinə olan (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinə mane olma) inzibati xəta protokolu tərtib olunub
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir .
İşə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, “AZER GAK” QSC 1983-cü ildən kənd təsərrüfatı avadanlıqlarınin istehsalı sahəsində fəaliyyət göstərir.