“Araz Supermarket” MMC-yə gömrük qaydaları əleyhinə olan ( Gömrük təminatının pozulması) inzibati xəta protokolu tərtib olunub.
- "Araz Supermarket" - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
- “Araz Supermarket” yenidən - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinə görə gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər 400 manat məbləğində, vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.
İş Bakı Şəhər Nəsimi Rayon məhkəməsində hakim Solmaz Mustafayeva təyin edilib.
Qeyd edək ki, "Araz Supermarket" daha öncə həmin məcəllənin 375.0-1-ci, 447.0.1-ci, 485.1-ci, 485.2-ci, 491.1-ci, 518.1-ci maddələri ilə məhkəməyə verilib.
Xatırladaq ki, "Araz Supermarket" MMC 06.01.2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 7 055 020 manatdır. Qanuni təmsilçisi Rəşad İbrahimov Arif oğludur.
Hüquqi ünvanı Az1078, Bakı Şəhəri Nəsimi Rayonu, Mərdanov Qardaşları, ev 137-də yerləşir.