Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
FED.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 43,8 mln. ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (6 sentyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 36,8% azalıb. Qeyd edək ki, ötən hərracda tələb 69,4 mln. ABŞ dolları olmuşdu.