Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
FED.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 63,9 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (25 avqust 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 3,3% azalıb. Ötən hərracda tələb 66,1 mln. ABŞ dolları olub.
Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.