Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
FED.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 46,1 mln. ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (4 avqust 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 20,4% artıb. Ötən hərracda tələb 38,3 mln. ABŞ dolları olub.
Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.