30 noyabr 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankda (AMB) növbəti valyuta hərracı keçirilib.
FED.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 77.8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.