FED.az Mərkəzi Bankın açıqladığı icmala əsasən xəbər verir ki, Valyuta bazarının ümumi dövriyyəsi 2017-ci ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8% azalıb.
İcmalda bildirilir ki, hesabat dövründə ötən ilin 9 ayı ilə müqayisədə dollarla valyuta əməliyyatlarının həcmi 20,4%, avro ilə əməliyyatların həcmi isə 7% azalıb. Dövr ərzində valyuta bazarında əməliyyatların 83%-i dollarda, 17%-i digər valyutalarda aparılıb.
Valyuta əməliyyatlarının 24% hissəsi banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. Dollarla BVB-də aparılmış əməliyyatların 58,1%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95,6%-i hüquqi şəxslərə valyuta satışı təşkil edib.
Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar tərəfindən ötən ilin 9 ayı ərzində 281 mln. dollar xalis valyuta satışı həyata keçirildiyi halda, cari ilin ötən dövründə 117 mln. dollar xalis alış həyata keçirilib ki, bu da manatın stabilliyi ilə əlaqədardır.
Valyuta dövriyyəsi azalıb
16:04
7 Noy 2017