Ukrayna Milli Bankının məlumatlarına görə, Ukraynada Avropa valyutasının məzənnəsi ilk dəfə olaraq 51 qrivnanı keçərək daha bir tarixi maksimuma çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər veirr ki, Ukrayna Milli Bankının saytına görə, 27 yanvar tarixində rəsmi məzənnə bir avro üçün 51,0647 qrivna olaraq müəyyən edilib ki, bu da əvvəlki günlə müqayisədə 41 qəpik çoxdur. Bir il əvvəl avro 43,9168 qrivna ilə ticarət olunurdu.
Avropa valyutasının məzənnəsi ilk dəfə olaraq 50 qrivnanı keçərək 9 yanvarda 1 avro üçün 50,1762 qrivnaya çatıb. Lakin yerli medianın məlumatına görə, Ukrayna bankları 26 yanvar səhəri artıq məzənnəni 1 avro üçün 51 qrivnadan yuxarı təyin etmişdilər.










