Ukrayna Mərkəzi Bankı Rusiyanın işğalının iqtisadiyyata ağır zərbə vurduğu bir şəraitdə valyuta ehtiyatlarını qorumaq üçün rəsmi valyuta olan qrivnanı devalvasiya edib.
Eləcə də bax: Ukraynaya xarici borclarını ödəmək üçün - MÖHLƏT VERİLDİ
FED.az xəbər verir ki, Bankın cümə axşamı verdiyi açıqlamaya görə, dollar/qrivna məzənnəsi 5 ay ərzində sabit olduğu 29,25 qrivnadan 36,5686 qrivnaya yüksəldilib.
Beləliklə, qrivna təxminən 25% ucuzlaşdırılıb. (Marja)