Ukrayna hökuməti Rusiya və bu ölkə ilə bağlı bütün şəxslər qarşısında bütün maliyyə öhdəliklərinə dair moratorium tətbiq edib.
Eləcə də bax: "PayPal" Rusiyada xidmətlərini - DAYANDIRIR
FED.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən icbari qaydada tətbiq olunan bu addım milli mənafeyin qorunması ilə əlaqəlidir.
Belə ki, Rusiya ilə bağlı olan daşınmaz əmlak, istiqrazlar, korporativ hüquqlar, nəqliyyat vasitələri kimi vəsaitlərin çıxarılmasına səbəb ola biləcək müsadirə, girov və s. əməliyyatlar dayandırılır. Bu moratoriumu pozan bütün sövdələşmələr etibarsız elan olunur. (Report)