Ukrayna problemli kredit nisbəti ilə dünya rekordunu qırıb. Əhali borclarını ödəmir.
Ukrayna iqtisadiyyatı özündən ümidini kəsilmiş vəziyyətdədir. "Russia Today"in xəbərinə görə; Ukrayna Mərkəzi Bankında Maliyyə Sabitliyi Departamentinin sədri Vitali Vavrişçuk, "Problemli kreditlərin cəmi kreditlərdə xüsusi çəkisinə görə dünya rekordu qırdıq" deyə bildirib.
İyun ayının sonuna olan məlumata görə, ölkədə götürülmüş kreditlərin 58%-i geri ödənmir.
Moody's-in Ukrayna iqtisadiyyatı üzrə verdiyi proqnozlara görə, 2018-ci ilin sonunda ölkədə ödəmə vaxtı keçmiş kredit nisbəti 50%-ə enəcəkdir.
Ukraynada verilmiş kreditlərin böyüklüyü 21 milyard dollar ətrafındadır. BVF Ukraynaya hazırda bir maliyyə proqram həyata keçirir. 2019-ci ildə proqramın müddəti başa çatacaq. 2018-2020 illəri arasında dövlətinin ödəməsi lazım olan 20 milyard dollar borcu var.