Mayın 22-də Türkiyədə dolların məzənnəsi 20 lirəni keçərək tarixində ən yüksək həddə çatıb.
FED.az xəbər verir ki, səhər saatlarınlda ABŞ dolları türk lirəsi qarşısında 1% də bahalaşıb və Dollar/TL məzənnəsi 20.0743 səviyyəsini görərək rekord qırdı.
Sonradan dolların məzənnəsi sabitləşib və günün sonunda 1 dollar 19,8339 TL olub.
Ümumiyyətlə, türk lirəsi seçkidən sonra dollar qarşısında 1,24%, zəlzələdən sonrakı dövrdə 5 faiz, ilin əvvəlindən isə 5,6 faiz idəyər itirib.