Türk lirəsi ABŞ dolları və Avro qarşısında daha da ucuzlaşıb. USD/TRY məzənnəsində yeni rekord qeydə alınıb.
"Türkiyədə məzənnənin sabitliyi Azərbaycan üçün də vacibdir" - EKSPERT
FED.az xəbər verir ki, Dollar/Türk Lirəsi məzənnəsi (USD/TRY) məzənnəsi 2,1 faiz artaraq 26,94 lirə səviyyəsini keçib. Avro/Türk Lirəsi də 2,3% artaraq 30,37 lirə səviyyəsinə çatıb.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) cümə axşamı faiz qərarını açqıalyacaq. Bankın faizini 5 bənd artıraraq 15%-dən 20%-ə yüksəldəcəyi gözlənilir. (Marja)