Türkiyədə dolların lirə qarşısında bahalaşması yeni hökumətin dövründə də davam edir.
FED.az xəbər verir ki, seçkilərdən sonra praqmatik iqtisadi komandanın qurulmasına baxmayaraq hələlik dolların lirə qarşısında möhkəmlənməsi davam edir.
"Türkiyənin bundan başqa çarəsi yoxdur" - Maliyyə nazirindən ilk açıqlama
Belə ki, iyunun 6-da Türkiyədə dolların məzənnəsi 22 dolları keçib və hazırda 1 dollar 22,3 lirə ətrafındadır. Avro da bahalaşır – artıq 1 avro 24 lirəni keçərək 24,1 lirə ətrafında sabitləşib.