Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) yeni sədri Hafize Gaye Erkanın rəhbərliyi altında dünən keçirilən ilk iclasda uçot dərəcəsi 6,50 faiz bənd artırılaraq 8,50%-dən 15%-ə yüksəldilib.
Türkiyə Mərkəzi Bankı çoxdan gözlənilən addımı atdı – FAİZ DƏRƏCƏSİ KƏSKİN ARTIRILDI
FED.az xəbər verir ki, faiz qərarından sonra Lirənin sürətlə ucuzlaşması müşahidə olunur.
Mərkəzi Bankın faiz qərarından əvvəl 23.49-a kimi düşən dollar/TL məzənnəsi qərardan sonra 24.60-ı keçərək rekord qırıb. Qərardan əvvəl 25,71-ə kimi düşən Avro/TL, qərardan sonra 27-ni keçib.
Bu gecə Dollar Türk lirəsi qarşısında 2%-ə yaxın da dəyər qazanaraq 25,48 səviyyəsini keçərək yeni rekord həddi görüb. Avro isə 27,88 lirə səviyyəsini keçib.
Mərkəzi Bankın faiz qərarından sonra Lirə Dollar qarşısında 8,5% ucuzlaşıb.
BAZAR QƏRARI BƏYƏNMƏDİ
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 8,50%-dən 15%-ə qaldırıb. Bazarlar Mərkəzi Bnkın uçot dərəcəsini 25%-ə yaldıracağını gözləyirdi. Mərkəzi Bank uçot dərəcəsini 15%-ə yüksəltdiyi üçün bazarlar məyus olub. Artım bazar gözləntilərindən aşağı olsa da, faiz dərəcələrində mərhələli artımın davam edəcəyi mesajı verilib. Bank sonuncu dəfə 2021-ci ilin martında faiz dərəcələrini artırmışdı.
Qeyd edək ki, Prezident seçkisindən öncə Türkiyədə Dolların qiyməti 19 lirə səviyyələrində idi. Ötən bir aydan az müddətdə Türk Lirəsi Dollar qarşısında 30%-dən çox dəyər itirirb. (Marja)