Türkiyədə son 10 ildə istehlak qiymətləri indeksi 10 dəfə artıb. Yəni Türkiyə vətəndaşları bu gün 10 il əvvəlki 1 000 lirəyə orta hesabla 100 lirə xərcləyə bilirlər.
Azərbaycandan Türkiyəyə satılan bəzi məhsullara gömrük rüsumu azaldı - SİYAHI
FED.az xəbər verir ki, mal və xidmətlər daha yüksək qiymətə satıldığı üçün bazarda ən yüksək dəyərli əskinas olan 200 lirə əskinasına tələb xüsusilə 2021-ci ildən sonra sürətlə artıb. 2017-ci ildə tədavüldə olan əskinasların 25 faizi 200 lirə nominalında olub.
2021-ci ilin sonunda bu nisbət 40 faizə, bu gün isə 76 faizə çatıb. 2021-ci ildə tədavüldəki payı yüzdə 50 olan 100 lirəlik əskinasların payı bu günlərdə yüzdə 19-a düşüb və bu, indiyə qədər görülən ən aşağı səviyyədir.
Beləliklə, iki ən böyük əskinasın bazardakı payı 95 faizə çatıb. Digər tərəfdən, 50 lirəlik əskinasların payı yüzdə 3, 20 və 10 lirəlik əskinasların payı hər biri 1 faizə qədər azalıb. Pul daşımağın getdikcə çətinləşməsi tez-tez yeni 500 və 1000 TL-lik əskinasların nə vaxt çap ediləcəyi sualını gündəmə gətirir.
Bir neçə həftə əvvəl Türkiyə Mərkəzi Bankı bununla bağlı ehtiyacları izlədiklərini və lazım gəldikdə daha böyük əskinasların çap oluna biləcəyini söyləyib.