Türkiyə Mərkəzi Bankı qarşıdakı növbəti iclasında uçot dərəcəsini 30%-dən 35%-ə qaldıra bilər.
FED.az xəbər verir ki, bu barədə «TRT Haber» məlumat yayıb.
Kanalın 19 iqtisadçı arasında apardığı Türkiyə Mərkəzi Bankının gözləntiləri ilə bağlı araşdırmasında iqtisadçıların ilin sonunda dərəcə ilə bağlı gözləntiləri 40% təşkil edib.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Mərkəzi Bankı inflyasiya proqnozu dəyişənə qədər pul siyasətini mərhələli şəkildə sərtləşdirməyə davam edəcəyini bildirmişdi. İndi türk lirəsinin dollar qarşısında dəyəri tarixi minimuma çatıb və 1 dollar 28 lirəyə çatıb.