ABŞ Dolları/Türkiyə Lirəsi (TL) (USD/TRY) məzənnəsi yeni tarixi zirvəyə yüksəlib. Marja.az xəbər verir ki, dollar 41,95 lirə səviyyəsini aşaraq 42 lirə həddinə yaxınlaşıb.
FED.az xəbər verir ki, məzənnə ardıcıl dördüncü ticarət günüdür yüksəlişini davam etdirir və hazırda %0,25 artımla 41,95 səviyyəsində ticarət olunur.
Qlobal bazarlarda ABŞ-Çin gərginliyi və FED-in növbəti addımlarına dair gözləntilər izlənildiyi bir vaxtda, Türkiyədə isə Mərkəzi Bankının gələn həftə açıqlayacağı faiz qərarı diqqət mərkəzindədir.
ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılmasından 17 gün keçsə də, siyasi böhran dərinləşməkdə davam edir.
Bazarlarda Mərkəzi Bankının faiz endirimlərini daha yavaş templə davam etdirəcəyi proqnozlaşdırılır. Qurum sentyabr ayında keçirilən iclasda faizini 2,50 faiz bəndi azaldaraq 40,50%-ə endirmişdi.
Sentyabrda Türkiyədə inflyasiyanın gözləntiləri aşmasından sonra isə faiz endirimi gözləntiləri zəifləyib. (Marja)