Bu ilin II rübündə Türkiyə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% kiçilib.
Eləcə də bax: "Dollar sat, lirə al" - TÖVSİYƏSİ
FED.az xəbər verir ki, türk mətbuatının məlumatına görə, I rüblə müqayisədə isə iqtisadi azalma 11%-dir.
Hesabat dövründə qonşu ölkədə kənd təsərrüfatı 4%, informasiya və rabitə fəaliyyəti 11%, maliyyə və sığorta fəaliyyətləri 27,8%, əmlak fəaliyyəti 1,7% artsa da, sənaye 16,5%, tikinti sektoru 2,7%, xidmətlər 25%, peşə, inzibati və dəstək xidməti fəaliyyətləri 16,5%, dövlət idarəetməsi, təhsil, insan sağlamlığı və sosial xidmət fəaliyyətləri 2,4% və digər xidmət fəaliyyətləri 18% azalıb. (Report)