Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq.
Nazirlik: 2026-2029-cu illərdə manatın məzənnəsi sabit qalacaq
FED.az xəbər verir ki, bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit” (EIU) 2024–2029-cu illər üçün manatın məzənnəsi ilə bağlı proqnozunda bildirib.
Proqnoza əsasən, Dollar/AZN məzənnəsi 2025-2029-cu illər ərzində 1,70 səviyyəsində sabit qalacaq, avro isə Azərbaycan manatı qarşısında nisbətən ucuzlaşacaq. EIU analitikləri hesab edirlər ki, Avro/AZN məzənnəsinin bu il 1,77 manat, gələn il 1,75 manat, 2027-ci ildə isə 1,73 manat səviyyəsinə enəcək. 2028-2029-cu illərdə isə eyni məzənnə ilə ticarət ediləcək.
Ümumilikdə EIU hesab edir ki, məzənnənin sabit saxlanılması Mərkəzi Bankın siyasəti ilə uzlaşır və yaxın illərdə manatın kursunda ciddi dəyişikliklər gözlənilmir. (Apa)