Hazırda Azərbaycan banklarında xarici valyutanın, o cümlədən ABŞ dollarının alışı onun satışını üstələyir.
Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
"Bunun səbəbləri əhalinin milli valyuta etibarının və vətəndaşlarının manatla gəlirinin artmasıdır", - deyə o qeyd edib.
Bununla belə, sədr deyib ki, banklarda xarici valyutanın satışına qoyulmuş 20 min manatlıq illik limit qalır və bu, çirkli pulların yuyulmasının qarşısını almaq üçündür. (Report)