"2025-ci il iyunun 30-na olan vəziyyətə əsasən SOCAR-ın borc yükünün əsas hissəsi ana şirkət səviyyəsində deyil, törəmə şirkətlərin balansında cəmləşib".
"S&P" 2025-2027-ci illərdə SOCAR-ın investisiyalarının ildə 3 milyard manata yüksələcəyini gözləyir
FED.az xəbər verir ki, "S&P Global Ratings" beynəxalq reytinq agentliyinin qiymətləndirməsində bildirilib.
S&P-nin məlumatına görə, SOCAR-ın daxili şirkət səviyyəsində kapital strukturu 2030-cu ildə ödənilməli 750 milyon dollarlıq avrobond, 2030-cu ildə ödənilməli 200 milyon dollarlıq yaşıl avrobondlar, 100 milyon dollarlıq yerli istiqraz və banklar, yerli qurum və dövlətlə əlaqəli qurumlardan alınmış 2,8 milyard dollar kreditdən ibarətdir.
Agentliyin qiymətləndirməsində bildirilir ki, SOCAR qrupunun qalan 10 milyard dollarlıq borcu törəmə şirkətlərinin üzərindədir. Həmin borcun 4,3 milyard dolları SOCAR-ın Türkiyədə fəaliyyət göstərən törəmə şirkətlərinə məxsusdur. (Apa)












