Ötən həftə Azərbaycanda SOCAR İstiqrazları ilə 440 min dollarlıq əməliyyat aparılıb.
FED.az xəbər verir ki, 13-17 noyabr tarixlərində qiymətli kağızlar bazarında SOCAR İstiqrazlarının alqı-satqısı üzrə 15 müqavilə bağlanıb. İstiqrazların marketmeykeri «PSG Kapital» şirkətinin məlumatına görə, bu müqavilələr üzrə təkrar bazarda 438 istiqraz alınıb-satılıb. Əməliyyatların ümumi həcmi 439,5 min dollar, istiqrazların orta qiyməti 1003,49 dollar olub
SOCAR İstiqrazları ilə əməliyyatlar açıqlanıb

10:30
21 Noy 2017