Maliyyə

SOCAR Beynəlxalq Bankda 1,3 mlrd. manat - VƏSAİT SAXLAYIB

SOCAR Beynəlxalq Bankda 1,3 mlrd. manat - VƏSAİT SAXLAYIB | FED.az
15:58 4 İyun 2019

2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycan Beynəlxalq Bankında pul və pul vəsaitlərinin ekvivalenti, o cümlədən depozitlərinin həcmi 1,263 mlrd. manat təşkil edib.

FED.az xəbər verir ki, bu barədə şirkətin 2018-cı il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.

Bu isə 2017-ci ildən 17% azdır.

Bildirilib ki, SOCAR pul vəsaitlərini Azərbaycanın nüfuzlu maliyyə institutlarında  yerləşdirir və hesab açdırdığı bankların vəziyyətini daim nəzarətdə saxlayır. 

Eləcə də bax: SOCAR-dan 1,2 milyarda manat xalis mənfəət - HESABAT

Digər xəbərlər