Azərbaycanın maliyyə naziri Samir Şərifov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
FED.az xəbər verir ki, o, 35 saylı Xətai 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.
"Bütün Azərbaycan xalqı kimi, mən də ölkənin gələcəyini, onun bütün ərazisi üzrə suverenliyini, təhlükəsizliyini təmin edən namizədə səsimi verdim", - deyə nazir qeyd edib. (Report)