“Neft-qaz sahəsində gəlirlərimiz 750 milyon manat azalacaq”.
Nazir: "Neft Fondundan büdcəyə transfertin artırılması Ermənistanın ciddi şəkildə silahlanması ilə bağlıdır"
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, gəlirlərin azalması neft yataqlarının tükənməsi ilə əlaqədardır: “Çünki illərlə onlar istismar olunmaqdadır. Bununla əlaqədar hökumət addımlar atmaqdadır. Qeyri-neft sektorunda müsbət dəyişikliklər baş verməkdədir. Qeyri-neft sektorundan 960 milyon manat daxilolamalarımız var”. (Apa)