Oktyabrın 6-9-da Vaşinqtonda (ABŞ) Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun birgə illik toplantısı keçiriləcək. Toplantıda Azərbaycanı maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
IMF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı günlərində qlobal iqtisadiyyatın cari vəziyyəti və gələcək inkişafın əsas istiqamətləri, yoxsulluğun aradan qaldırılması və maliyyə yardımının səmərəliliyi, o cümlədən dünya iqtisadiyyatı qarşısında olan çağrışlarla bağlı müzakirələr aparılacaq.